SON DƏQİQƏ
» » Murad Bozdan keçmiş sevgilisinə mesaj “Çox gec olmadan...”

Murad Bozdan keçmiş sevgilisinə mesaj “Çox gec olmadan...”

Tarix:

11-05-2018, 13:23

/ 10 744 dəfə oxundu.
Murad Bozdan keçmiş sevgilisinə mesaj “Çox gec olmadan...”

Üzü olduğu marka üçün "Gec olmadan ilk addım at" adlı bəstə yazan Murad Boz mahnını Aslı Ənvərlə ayrılmazdan əvvəl hazırladığını və son zamanlar heç nədən peşmançılıq çəkmədiyini deyib.

Gunaz.az xəbər verir ki, müğənni bu barədə dünən baş tutan mətbuat konfransında danışıb. O, məhəbbət və peşmançılıqla bağlı fikirlərini belə ifadə edib: "Gecikdiyim zamanlar oldu, həm də çox, peşmançılıq da yaşadım. Bununla belə taleyə inanıram. Yalnız məhəbbətlə bağlı deyil, hər mövzuda. Lakin son zamanlar heç nə ilə bağlı peşmançılıq hissləri keçirməmişəm. Həyat davam edir".

Boz mahnını ayrılıq öncəsi yazdığını sözlərinə əlavə edib: "Albom və film layihəsi var. Gözəl ssenarilər gəlir, hələ qərar verməmişəm. Qəlbimə, ruhuma toxunarsa, oynayıram. Dram, triller fərq etməz. Musiqini də heç vaxt kənara atmaram".

Sənətçi 1.2 milyon TL-yə (təxminən 600 min manat) aldığı idman avtomobilinin aktrisadan ayrılığı ilə əlaqələndirilməsinə əhəmiyyət vermədiyini bildirib: "Həyatımda idman avtomobilləri həmişə olub. Bunu Aslı ilə əlaqələndirmək doğru deyil".

Xatırladaq ki, dünən Aslı Ənvərin 33 yaşı tamam olub. Murad Boz "Gec olmadan ilk addım at" adlı yeni mahnısını da mayın 10-unda təqdim edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ