SON DƏQİQƏ
» » "Mənim qatarım gedibsə, niyə toya çağırırlar?"

"Mənim qatarım gedibsə, niyə toya çağırırlar?"

Tarix:

31-07-2017, 12:38

/ 4 766 dəfə oxundu.
"Mənim qatarım gedibsə, niyə toya çağırırlar?"

Müğənni Elariz Məmmədoğlu gənclərin onun haqqında dediyi "qatarı gedib" sözlərinə cavab verib. 
GUNAZ.az axşam.az-a istinadən bildirir ki, "ATV maqazin onlarla"ya danışan ifaçı bunları deyib: 
"Qatarım gedibsə, bəs niyə məni hələ də zəng edib toylara çağırırlar? Birincisi, ən gənc insan mən elə özüməm. Qocalanda özüm deyəcəyəm ki, qocalmışam. Mən hələ indi həvəslənirəm ki, yeni-yeni mahnılar, hitlər yazdırım. Qalmaqalla gündəmə gəlmək istəyirlər. Amma gündəmdə qalmaq üçün ən yaxşı vasitə elə mahnılar yazdırmaqdır". 
Elariz özünü toy müğənnisi adlandıranları da qınayıb: 
"15-20 il əvvəl 5-6 nəfər toy müğənnisi var idi. Biz özümüz elan eləmişdik ki, toy müğənnisiyik, digərləri də bunu qəbul etmişdi. İndi hər yerindən duran deyir, toy müğənnisiyik. 3 nəfər yığışıb bir qrup yaradıb, deyir toylara gedirik. Ay bala, siz toya getmirsiniz, toyu pis günə qoyursunuz. Siz aparan toyları sonra bizi dəvət edirlər ki, gəlin siz oxuyun. Toyun gedişatı, onu aparmağın metodikası var. Toyda hər nə gəldi oxumaq olmaz".
 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ