SON DƏQİQƏ

Xumar Qədimovadan YENİ MAHNI - VİDEO

Tarix:

4-07-2017, 16:54

/ 6 424 dəfə oxundu.
Xumar Qədimovadan YENİ MAHNI - VİDEO

Əməkdar artist Xumar Qədimova yeni ifasını təqdim edib.
Sənətçi daha bir türk mahnısını repertuarına salıb.
X.Qədimova bildirib ki, "Tanrım” mahnısını seçməsinə səbəb bacısı Matan xanım olub:
"Hazırda çox möhtəşəm iki layihə üzərində çalışıram. Bəşəri dəyərləri ehtiva edən böyük kompozisiyanı payızda təqdim edəcəm. Ümid edirəm ki, digər sosial layihələrim kimi bu əsər də böyük marağa səbəb olacaq.
"Tanrım”ı oxumağıma gəlincə isə... Düzü, proqramımda yox idi. Bacımın istəyi ilə qısa müddət ərzində lentə aldırdım. Aranjimançı Cavidlə birgə sevənlərimə gözəl bir nəğmə təqdim etdik”.
Qədimovanın eksklüziv ifasını təqdim edirik.
Mahnıda "Tanrım nerden sevdim, nerden düştüm bu belaya? Yandım, isyan ettim, kurban oldum bu sevdaya" misraları ilə üsyan edən müğənninin özünəməxsus ifa tərzi sosial şəbəkələrdə maraqla qarşılanıb.

GUNAZ.az


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ