SON DƏQİQƏ
» » Ailə qurmağa hazırlaşan Aygün Bayramova: "Sevgimizin qarşısında neynəyə bilərsiniz?"

Ailə qurmağa hazırlaşan Aygün Bayramova: "Sevgimizin qarşısında neynəyə bilərsiniz?"

Tarix:

15-05-2017, 19:18

/ 3 954 dəfə oxundu.
Ailə qurmağa hazırlaşan Aygün Bayramova: "Sevgimizin qarşısında neynəyə bilərsiniz?"

Xalq artisti Aygün Bayramova gələcək həyat yoldaşı Fəraməz Gərmrudi ilə haqqında danışılanlara münasibət bildirib. 
İfaçı bunları deyib: "Məlumatlar sifarişlidir və onun kim tərəfindən yazdırıldığını da bilirəm. Ayıb olsun, axı siz bu boyda sevginin, məhəbbətin qarşısında neynəyə bilərsiniz? O şəxs mənə heç nə edə bilməyəcək. Belə bir el məsəli var: "it hürər karvan keçər." İt hürdü karvan da keçdi, qazancınız nə oldu? İki şəxs ailə qurur, nə demək istəyirsiniz? Mənim tərbiyəm, mədəniyyətim hər kəsə bəllidir. Ailə quracağım şəxs də tərbiyəsi və mədəniyyəti ilə seçilir. Gözləri götürmür. Yazıqlar olsun o insana ki, kiminsə xoşbəxtliyini gözü götürmür, kiminsə xoşbəxtliyinə sevinə bilmirlər. Allahdan qorxun". 
 
Qeyd edək ki, xalq artisti Aygün Bayramova toya hazırlaşır. 49 yaşlı sənətkar İran vətəndaşı, İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteri Fəraməz Gərmrudi ilə ailə həyatı quracaq. İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ