SON DƏQİQƏ

"Məni təpiklədilər, döydülər" - Elçin

Tarix:

3-03-2017, 21:20

/ 4 551 dəfə oxundu.
"Məni təpiklədilər, döydülər" - Elçin

Müğənni Elçin Cəfərov əməliyyat etdirərərək burnunu kəsdirib.
Bunu Lent.az-ın "Canlı yayım”ına qonaq olan ifaçının özü deyib: 
"Əslində bunu siz dediniz deyə açıqlamalı oluram. Bu cür şeylərlə reklam olunmağı sevmirəm. "Şeron” qrupunda ifa etdiyim zaman axşam saatlarında evimizə gedirdim, bir də gördüm ki, məhəllədə 3 nəfər adam dayanıb. Onların yanından keçəndə məni yumruqla vurdular. Uzandım yerə. Burnumdan qan açıldı. Məni təpiklədilər, hətta, bıçaq da çıxartmışdılar. Başa düşə bilmirdim ki, nə olub? Nə baş verir? Bir sözlə məni döydülər, qaçdılar. Mən indiyə qədər bilmirəm ki, səbəb nə idi. Həmin vaxtdan burnumda problemlər var idi. Nəfəs ala bilmirdim. "M” , "N” hərflərini deməyə çətinlik çəkirdim. Məcburiyyətdən burun əməliyyatı etdirməli oldum”.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ