Silahlı Qüvvələr Günündə Vəfa Borcu

Silahlı Qüvvələr Günündə Vəfa Borcu
Hərbçilər şəhid kapitan Azad Zeynalovun ailəsini ziyarət ediblər
GunAz.az xəbər verir ki, bu gün Azərbaycanda rəşadətli Silahlı Qüvvələr Günü qeyd olunur. Müasir tariximizin ən şanlı bayramlarından biri olan bu gündə Azərbaycan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu 44 günlük Vətən müharibəsində misilsiz igidlik göstərərək şəhidlik zirvəsinə ucalan kapitan Azad Zeynalovun ailəsini ziyarət edib. Hərbi qulluqçular bu əlamətdar gündə cəbhə yoldaşlarının xatirəsini ehtiramla yad edərək, şəhid ailələrinə olan vəfa borclarını bir daha nümayiş etdiriblər.
Ziyarət zamanı kapitan Azad Zeynalovun keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Qeyd edilib ki, 1987-ci il martın 4-də Şərur şəhərində anadan olan və 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alan A.Zeynalov, 2004-cü ildən etibarən ordunun "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlayan Vətən müharibəsində ön cəbhədə vuruşan kapitan, Hadrut qəsəbəsi və Füzuli rayonu istiqamətində gedən ağır döyüşlərdə şəxsi rəşadət göstərib. O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Evli olan qəhrəmanın geridə bir övladı yadigar qalıb.
Göstərdiyi mərdliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən kapitanın ailə üzvləri ilə görüşən hərbçilər, bu gün qazanılan tarixi Zəfərdə və güclü ordunun formalaşmasında şəhidlərin canı bahasına başa gəldiyini vurğulayıblar. Bildirilib ki, ordu günündə şəhid yoldaşlarını unutmamaq və onların əmanətlərinə sahib çıxmaq hər bir Azərbaycan vətəndaşının o cümlədən hərbi qulluqçuların ali vəzifəsidir.
GunAz.azскачать dle 12.1
Geri qayıt