Səngər Generalı

Səngər Generalı
  Səngər Generalı

Sən vətən oğlusan, ellər oğlusan,
Qəlblərdə yaşayan Polad Həşimov.
Ucaldın səmaya, göylər oğlusan,
Qəlblərdə yaşayan Polad Həşimov.

Halal bir ocaqda məğrur böyüdün,
Hər eldə şan-şöhrət, hörmət qazandın.
Məsləkin, vicdanın, hər bir öyüdün,
Dillərdə əzbərdir, şərəfli adın.

Düşmənin belini zərbənlə əydin,
Sənə kimlər qıydı, görəsən, Allah?
Bəlaya gələcək hiyləgər, satqın,
Nahaq qanı qoyma yerdə, ay Allah!

Səngər generalı adını aldın,
Satanları bilib xəyala daldın.
Hər bir döyüşçünün qeydinə qaldın.
Adın xalqımızın qəlbində qaldı.

İllər, qərinələr keçsə də inan,
Unutmaz heç zaman səni xalqımız.
İşğalçı düşməni qovaq yurdumdan,
Vətəni qorumaq olub andımız.


Rauf İLYASOĞLU

скачать dle 12.1
Geri qayıt