Vilayət Eyvazov deputatın oğlunun yerinə rəis TƏYİN ETDİ

Vilayət Eyvazov deputatın oğlunun yerinə rəis TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

GunAz.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, polis polkovnik-leytenantı Samir Quliyev Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə (PB) rəis təyin edilib.

Qeyd edək ki, S.Quliyev bu təyinata qədər Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tuncay Abbasov olub. O, aprel ayında işdən azad edilərək Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi vəzifəsinə təyin olunub./report/

T.Abbasov deputat Aqil Abbasın oğludur.

скачать dle 12.1
Geri qayıt