İlham Əliyev icra başçısına töhmət verdi

İlham Əliyev icra başçısına töhmət verdi
Prezident İlham Əliyev N.R.Bağırova töhmət elan edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Prezidenti mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilsin”.
скачать dle 12.1
Geri qayıt