SON DƏQİQƏ
» » Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı - Qərar

Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı - Qərar

Tarix:

17-08-2020, 19:42

/ 4 836 dəfə oxundu.
Prezidentdən aviasiya təhlükəsizliyi ilə bağlı - Qərar

Azərbaycanın aviasiya təhlükəsizliyi sahəsində beynəlxalq konvensiyalara qoşulması ilə bağlı təkliflər hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin yenidən təsdiqlədiyi "Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb.

Bundan başqa, sənəddə aviasiya təhlükəsizliyi sahəsində qüvvədə olan hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, aviasiya təhlükəsizliyi sahəsində qəbul edilmiş qanunların və digər normativ hüquqi aktların izahına dair məcmuələrin hazırlanması, mülki aviasiya hava limanlarının, aviaşirkətlərin, aviasiya subyektlərinin, habelə digər idarə, təşkilat və müəssisələrin aviasiya təhlükəsizliyi proqramlarının təkmilləşdirilməsi, aviasiya təhlükəsizliyi sahəsində qanun pozuntuları ilə mübarizə tədbirlərinin həyata keçirilməsini tənzimləyən aktların təkmilləşdirilməsi, yeni aktların hazırlanması, aviasiya təhlükəsizliyi sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması üzrə sənədlərin işlənib hazırlanması və tətbiqi məsələləri öz əksini tapıb.

2020-2021-ci illərdə və mütəmadi görülməsi nəzərdə tutulan bu tədbirlərin icrası Nəqliyyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinə, "Azərbaycan Hava Yolları" QSC-yə Xarici İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə həvalə olunub.

скачать dle 12.1

Şərhlər