Covid-19-dan daha böyük bəla yayılır

Covid-19-dan daha böyük bəla yayılır

Koronavirusa yoluxduqdan sonra insanda postkovid sindromunun nadir təzahürü olan "fil” xəstəliyi yarana bilər.

Bu barədə allerqoloq-immunoloq Vladimir Bolibok xəbərdarlıq edib.

 

Mütəxəssis izah edib ki, nadir xəstəlik limfa sisteminin zədələnməsi və onun iltihabı nəticəsində yaranır. Onun sözlərinə görə, "fil” xəstəliyinin başqa bir adı "elefantiaz”dır.

"Məndə belə bir təəssürat yaranır ki, bu, artıq mövcud problemlərin kəskinləşməsi nəticəsində yaranır”, - deyə Bolibok bildirib.

Onun sözlərinə görə, xəstələr "Delta” ştammı zamanı bağırsağın mezenteriyasında limfa düyünlərinin iltihabı ilə əlaqədar qarın nahiyəsində, "Omikron”da isə boyunlarında limfa düyünlərinin iltihabı səbəbindən boğazda şiddətli ağrılardan şikayətləniblər.oxu.az


скачать dle 12.1
Geri qayıt