Qüvvətli әtiri olan şüyüd kalsium, manqan, dəmir mineralları ilә zəngindir və yaxşı antioksidantdır. Bu bitki xolesterini salmaq, şəkər xəstələrində insulin səviyyəsini tənzimləmək və həzmə kömək etmək məqsədilə istifadə edilir. Mədəni sakitləşdirərək həzmə kömək edir Qazı və köpü salır Ağız qoxusunu aradan qaldırır Öskürəyə qarşı yaxşı təsir göstərir İştahanı açır Böyrək xəstəliklərinin müalicəsinə kömək edir Yuxu keyfiyyətini artırır Şüyüd çayı necə hazırlanır? Şüyüd çayı hazırlamaq üçün 2 ədəd şüyüdün qalın sapını təmizləyin və yarım litr qaynar suya atın. 10 dəqiqə dəmlənməsini gözlədikdən sonra çayınızı süzüb içə bilərsiniz. Ətirini yüngülləşdirmək üçün çayı hazırladıqdan sonra içinə bir miqdar xiyar qabığı ata bilərsiniz.