Ölkədə koronavirusun yeni ştammına yoluxan var?

Ölkədə koronavirusun yeni ştammına yoluxan var?

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının mu ştamı ilə yoluxma faktı qeydə alınmayıb. Mu ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, mu ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb:

"Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un mu ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".


скачать dle 12.1
Geri qayıt