Xərçəngin qarşısını alır, infeksiyalardan qoruyur - Yaşıl soğanın faydaları nələrdir?

Xərçəngin qarşısını alır, infeksiyalardan qoruyur - Yaşıl soğanın faydaları nələrdir?
Yaşıl soğanın tərkibi olduqca faydalıdır. Yaşıl soğanı göyərti kimi və yaxud salatlarda və yeməklərdə istifadə edilir.

GunAz.az xeyirli bitkinin faydaları haqqında məlumatı təqdiim edir.

Xərçəng riskini azaldır: Yaşıl soğan, kolon xərçənginin əmələ gəlmə riskini azaltmaqda kömək olan komponentlər baxımından zəngindir. Həmçinin flavonoidlər, sərbəst radikal istehsal edərək DNT və hüceyrə toxumasına zərər verən ksantin oksidaza hormonu istehsalını əngəlləyərək xərçəngin qarşısını almağa kömək edir.
Normal görməyi yaxşılaşdırır: Yaşıl soğan gözü qoruyan lutein və zeaksantin kimi karotenoidlərdən ibarətdir. Bu yaşıl göyәrti, həmçinin normal görməyi davam etdirmək və göz sağlamlığını qorumaqda mühüm rol oynayan A vitamini də ehtiva edir. Bundan başqa, görmə itkisinə səbəb olan sarı nöqtə xəstəliyinə qarşı mübarizə etmə xüsusiyyəti var.

Sümük sağlamlığını artırır: Yaşıl soğan yüksək səviyyədə C vitamini və K vitamini ilə zəngindir. Bu iki vitamin sümüklərin normal funksiyalarını yerinə yetirə bilməsi üçün əhəmiyyətlidir. C vitamini, sümükləri güclü hala gətirən kollagen sintezində köməkçi olarkən, K vitamini isə sümük bərkiməsində açar rol oynayır.

İnfeksiyaya qarşı qoruyur: Yaşıl soğanda olan hidrogen-sulfid mineralı göbələk böyüməsinin qarşısını alır. K vitamini isə qanın laxtalanmasına kömək edir. Bundan əlavə qanın dövr etməsini və B1 vitamininin udulmasını artırır. Beləliklə, stress və yorğunluğu azaldır. C vitamini isə bədən hüceyrələrini zərərli maddələrdən qoruyan güclü bir antioksidant rolunu oynayır.
N.SAFURA

 

скачать dle 12.1
Geri qayıt