Gavalının sağlamlıq üçün faydaları
Gavalı bir çox vitaminlər (A,B qrupu,P), minerallar (Kalium,Kalsium,Ftor,maqnezium,sink,yod,mis), qidalı liflər, orqanik turşularla zəngindir.
Gavalı insan sağlamlığına çox müsbət təsir edir.GunAz.az xəbər verir ki, meyvənin faydaları arasında:
- "kumarin" maddələrlə zəngin olan gavalı damarları genişləndirir,damarlarda trombların əmələ gəlməsinin qarşısını alır
- Gavalı həmçinin P vitamini ilə zəngindir.
Bu vitamin damarların sağlamlığı və elastikliyi üçün çox vacibdir. Gavalı damarları möhkəmləndirir,qan təzyiqinin tənzimlənməsinə kömək edir.
- Qəbizlik zamanı müalicəvi təsir göstərir-bağırsaqların fəaliyyətini yaxşılaşdırır,bağırsaqları təmizləyir.
Qəbizlik zamanı qara gavalı və qara gavalı qurusu müalicəvi məhsul kimi çox geniş istifadə olunur.
- Gavalı orqanizmi ziyanlı maddələrdən təmizləyir,qanda xolesterinin səviyyəsini aşağı salır,aterosklerozun profilaktikasında istifadə olunur.
- Sidikqovucu təsirə malik olan gavalı böyrəklər üçün çox faydalıdır.
- Gavalı kaliumla olduqca zəngindir.Bu mineral ürək əzələsinin
normal fəaliyyəti üçün çox vacibdir.Hipertoniya və ürək xəstəliklərindən əziyyət çəkənlər tez-tez gavalı və ya gavalı qurusu yeməlidirlər.
- Gavalı maddələr mübadiləsi proseslərinə
müsbət təsir edir.
- Gavalı ödqovucu təsirə malikdir,öd kisəsində durğunluq proseslərini azaldır.
- Gavalı podaqra və revmatizmdən əziyyət çəkənlər üçün faydalıdır.
- "antosian"maddələrlə zəngin olan gavalı
xərçəngəleyhinə təsirə malikdir.
- İmmuniteti möhkəmləndirir
- Sinir sistemi üçün faydalıdır
- Qanın tərkibini yaxşılaşdırır.
N.SAFURA