Yağışdan əvvəl oynaq ağrıları niyə artır? - Həkim səbəbini açıqladı

Yağışdan əvvəl oynaq ağrıları niyə artır? - Həkim səbəbini açıqladı
Yağışdan əvvəl diz və digər oynaqlarda hiss edilən ağrılar təsadüfi deyil.
GunAz.az xəbər verir ki, ortopedik cərrah Anuja Jaina bu barədə "The Times of" India nəşrinə danışıb.
Həkimin sözlərinə görə, osteoartrit (oynaq qığırdağının tədricən aşınması və incəlməsi ilə xarakterizə olunan degenerativ oynaq xəstəliyidir) və digər oynaq problemləri olan insanlar hava dəyişikliklərinə daha həssas olurlar. Bunun səbəbi qığırdaq toxumasının zədələnməsi və atmosferdə baş verən dəyişikliklərin oynaqlara təsir etməsidir.
Mütəxəssis bildirib ki, yağışdan əvvəl atmosfer təzyiqi azalır, havanın rütubəti artır və temperatur aşağı düşür. Atmosfer təzyiqinin azalması nəticəsində oynaqların ətrafındakı toxumalar genişlənir, bu da sinirlərə təzyiq göstərərək ağrı yarada bilər. Soyuq hava isə əzələlərin gərginləşməsinə və oynaqlarda sərtliyin artmasına səbəb olur.
Anuja Jaina əlavə edib ki, yağışlı havalarda insanların daha az hərəkət etməsi də ağrıların güclənməsinə təsir göstərir. Onun sözlərinə görə, fiziki aktivliyin azalması oynaqların zəifləməsinə və narahatlığın artmasına səbəb ola bilər.
скачать dle 12.1
Geri qayıt