Stres və mənfi emosiyalar insan orqanizmini necə məhv edir? - Mütəxəssis məsləhəti

Stres və mənfi emosiyalar insan orqanizmini necə məhv edir? - Mütəxəssis məsləhəti
"Mənfi emosiyalar insan orqanizmini məhv edir. Baş verən hadisələrə daha sakit yanaşmaq və stresdən uzaq durmaq lazımdır".
GunAz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı həkim, akademik Leo Bokeriya səsləndirib.
Həkim bildirib ki, mənəvi sarsıntılar bəzən o qədər güclü olur ki, onlar təkcə fiziki ağrı vermir, həm də orqanizmin sıradan çıxmasına və zəifləməsinə gətirib çıxarır. Mütəxəssis insanın fiziki və psixoloji sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu vurğulayıb.
Həyəcan və davamlı sarsıntılar bir çox orqanların fəaliyyətinə mənfi təsir göstərsə də, ilk növbədə ürək-damar sistemi daha çox zərər görür. Akademik mənfi məqamlara köklənməməyi xüsusilə tövsiyə edib.
O, həmçinin böhranlardan və uğursuzluqlardan düzgün dərs çıxarmağın vacibliyini qeyd edib: "Daha yaxşı, daha ağıllı olmaq və daim irəliyə getmək üçün bu, çox vacibdir".
скачать dle 12.1
Geri qayıt