Saqqız çeynəmək təzyiqi aşağı salır?
Çuğundur, ispanaq və kələm kimi tərəvəzləri qəbul etdikdən sonra saqqız çeynəməyin qan təzyiqini aşağı sala biləcəyi məlum olub.
GunAz.az-ın məlumatına görə, bu barədə britaniyalı nutrisioloq Şarlotta Mills "The Telegraph" nəşrinə verdiyi müsahibəsində bildirib.
Ş. Millsin sözlərinə görə, yarpaqlı göyərtilər və kökyumrusu tərəvəzlər yüksək miqdarda nitratla zəngindir. Bu maddə orqanizmdə qan damarlarının genişlənməsinə, qan dövranının yaxşılaşmasına və əzələlərin daha səmərəli enerji istehsal etməsinə şərait yaradır.London Kral Kolleci və Redinq Universitetinin alimləri tərəfindən aparılan tədqiqatlar göstərib ki, tərəvəz qəbulundan sonra şəkərli saqqız çeynəmək tüpürcəyin turşuluğunu artırır. Bu proses isə nitratların orqanizm tərəfindən daha səmərəli mənimsənilməsinə və nəticədə qan təzyiqinin aşağı düşməsinə səbəb olur.
Bununla belə, nutrisioloq şəkərli saqqızdan müntəzəm istifadə etməməyi tövsiyə edib. O xəbərdarlıq edib ki, saqqızdan həddindən artıq istifadə dişlərin və ürəyin sağlamlığına zərər vura bilər.
