Dəmir əskikliyi ürəyi təhlükəyə atır – Bu əlamətlərə diqqət edin

Dəmir əskikliyi ürəyi təhlükəyə atır – Bu əlamətlərə diqqət edin
Dəmir əskikliyi, bədəndə oksigen daşıyan hemoqlobin zülalının yetərsiz olması vəziyyətidir və müalicə edilmədikdə anemiyaya (qanazlığına) yol açır.
GunAz.az xəbər verir ki, tibbi araşdırmalara əsasən, hemoqlobin səviyyəsi səbəbindən ürək toxumalara kifayət qədər oksigen çatdırmaq üçün normaldan daha çox və daha sürətlə işləmək məcburiyyətində qalır. Bu vəziyyət nizamsız ürək döyüntülərinə (çarpıntıya) səbəb olur və zamanla ürək əzələsini zəiflədir.
Əsas əlamətləri: 
Solğun və ya sarımtıl dəri
Daimi yorğunluq və halsızlıq
Təngnəfəslik (xüsusilə fiziki aktivlik zamanı)
Ürək döyüntülərinin artması
Pika xəstəliyi (torpaq, buz, təbaşir yemək istəyi)
Kövrək və ya qaşıq formasını alan dırnaqlar
Əllərdə və ayaqlarda üşümə
Saç tökülməsi
Düzgün qidalanmamaq, qan itkisi, hamiləlik və dəmirin sorulmasını əngəlləyən amillər (məsələn, yeməklə birlikdə çox çay/qəhvə içmək) buna səbəb olur. Hamilə qadınlar, yaşlılar, vegetarianlar və kiçik yaşlı uşaqlar daha çox risk altındadırlar.
 Qırmızı ət, dəniz məhsulları, paxlalılar, quru meyvələr və tünd yaşıl tərəvəzlər dəmir baxımından zəngindir. Əlamətlər müşahidə edildikdə qan testi edilməli və həkim nəzarəti altında 3-6 ay müddətində dəmir preparatları (əlavələri) istifadə olunmalıdır.
скачать dle 12.1
Geri qayıt