"Qara ölüm"ün tarixi yenidən yazılır
Sibirdə aparılan yeni genetik araşdırma vəba xəstəliyinin insan tarixində indiyə qədər düşünüləndən daha erkən dövrlərdə mövcud olduğunu üzə çıxarıb.
GunAz.az xəbər verir ki, Rusiya ərazisində, Baykal gölü ətrafındakı qədim məzarlıqlarda çalışan alimlər yeni bir bakteriya növünə rast gəliblər. Sonrakı analizlər bu bakteriyanın vəba törədicisi olduğunu göstərib.

Araşdırma zamanı 46 insan qalığından 18-də vəba bakteriyasına aid DNT izləri müəyyən edilib. Bu nəticə xəstəliyin həmin bölgədə geniş yayılmış ola biləcəyinə işarə edir.
Alimlərin fikrincə, bu tapıntı vəbanın insanlarda mövcudluğu ilə bağlı indiyə qədər əldə edilən ən qədim sübutlardan biri ola bilər.
Daha əvvəl elm dünyasında vəbanın təxminən 3 800 il əvvəl yarandığı düşünülürdü. Lakin yeni məlumatlar bu tarixlə razılaşmır və xəstəliyin təxminən 5 500 il əvvələ gedib çıxa biləcəyini göstərir.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr “Qara ölüm” kimi tanınan vəba pandemiyalarının mənşəyinə dair anlayışları dəyişə və xəstəliyin təkamül tarixinin yenidən qiymətləndirilməsinə səbəb ola bilər.