Xərçəngin gizli kodu ürəkdə tapıldı

Xərçəngin gizli kodu ürəkdə tapıldı
ABŞ alimləri bəzi xərçəng növlərinin yaranma riskini illər öncə müəyyən etməyin yolunu tapıblar. Kaliforniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ürəyin strukturunda və işində baş verən cüzi dəyişikliklər onkoloji xəstəliklərdən xəbər verə bilər.
GunAz.az xəbər verir ki, araşdırmanın nəticələri Amerikanın Nüfuzlu Ürək Assosiasiyasının "Journal of the American Heart Association" (JAHA) elmi jurnalında dərc olunub.
Mütəxəssislər ürək-damar xəstəliyi olmayan 6 mindən çox yetkin şəxsin məlumatlarını ciddi şəkildə araşdırıblar. Könüllülər əvvəlcə ürəyin MRT müayinəsindən keçiblər. Alimlər təxminən 18 il ərzində onların sağlamlıq vəziyyətini izləyiblər. Həmin müddətdə iştirakçılar arasında 790 xərçəngə yoluxma halı rəsmən qeydə alınıb.
Təhlillər göstərib ki, ürək əzələsinin kütləsinin artması sonradan süd vəzisi xərçənginin yaranması ilə bağlıdır. Sol qulaqcığın funksiyasının zəifləməsi isə yoğun bağırsaq xərçəngi riskini artırır.
Tədqiqatçıların fikrincə, ürəkdəki dəyişikliklər birbaşa xərçəngə səbəb olmur. Sadəcə hər iki xəstəliyin kökündə eyni bioloji faktorlar dayanır. Alimlər sübut edir ki, ürəyin MRT göstəriciləri xərçəng riskini simptomlar yaranmadan çox əvvəl müəyyən etməyə imkan verəcək.

скачать dle 12.1
Geri qayıt