Mövsümü vaksinasiyanın əks təsiri var? VİDEO
Oktyabrın 8-dən Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq.
Bunu Səhiyyə nazirliyinin respublika gigiyena və epidemiologiya mərkəzinin baş direktor müavini Samirə Nəcəfova "Xəzər Xəbər"ə açıqlamasında bildirib.
Nazirlik rəsmisi bildirdi ki, Fransa istehsalı olan bu vaksinlər keyfiyyətlidir, tam təhlükəsizdir və əks göstərişi yoxdur.
Qripə qarşı vaksinasiya ödənişsizdir və yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
O da qeyd olundu ki, hər il ənənəvi olaraq payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar qrip vaksini ölkəyə gətirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.