Dünya "D" vitamini çatışmazlığı ilə üz-üzədir?

Bəs Yaz yorğunluğuna səbəb nədir?
Mövzu ilə bağlı həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla açıqlamasında bildirib ki, qışdan yaz fəslinə keçid etdikdə insanlarda müəyyən qədər vitamin çatışmazlığı yaranır. Ona görə də müəyyən yorğunluq halları baş verir.

“Hal-hazırda bütün dünyada D vitamini çatışmazlığı var. Səbəbi isə təəssüf ki, bilinmir. Bu da yorğunluğa səbəb olan haldır. İnsanların açıq havaya çıxmamaları, günəşdə gəzməmələri yorğunluğun artmasına gətirib çıxarır. Fəsil dəyişməsi ilə əlaqədar olaraq insan orqanizmində də müəyyən dəyişikliklər baş verir. Bunun özü də müəyyən qədər orqanizmin əvvəlki stabil vəziyyətindən başqa duruma keçməsini göstərir.“Həkim qeyd edir ki, gün ərzində 2 litr su içmək, kifayət qədər vitamin, mineral və antioksidant tərkibli qidalar yemək əhəmiyyətlidir. Yaz aylarında gəzmək, qaçış, üzmə kimi mütəmadi məşqlər etməli, kifayət qədər yatmalı, işləmə-dincəlmə araları və istilik dəyişimlərinə diqqət edilməlidir.