Almanın bilinməyən faydaları

GunAz.az xəbər verir ki, mütəxəssislər bunun almanın tərkibində olan antioksidant birləşmələr – flavonoidlərlə bağlı olduğunu qeyd ediblər.
Alma hüceyrə səviyyəsində bütün bədəni cavanlaşdıra bildiyi üçün beynin qocalmasını ləngidir. Həmçinin, almanın müntəzəm istehlakı neyrodegenerativ xəstəliklərin – demans və Alzheimer xəstəliyinin inkişaf riskini azaldır.
Hətta almanın ətri belə müəyyən dərəcədə faydalıdır. O, sakitləşdirici təsir göstərə, narahatlığı azalda bilər.
Alimlər gündə ən azı bir alma yeməyi tövsiyə edirlər – bu konsentrasiyanı artırmağa və yaddaşı gücləndirməyə kömək edir.
Almanın insan sağlamlığı üçün başqa hansı faydaları var?
– “Pis” xolesterinin səviyyəsini azaldır
Gündə iki alma yeyirsinizsə, qanda xolesterinin səviyyəsini tarazlaşdıra, ürək və damarların fəaliyyətini yaxşılaşdıra bilərsiniz.
– Sürətli kilo itkisi
Meyvələr orqanizmi tox tutmağa kömək edən lif ehtiva edir, lakin artıq yağın yığılmasına kömək göstərmir.
– Xərçəng riskini azaldır
Almaların tərkibindəki antioksidant birləşmələr sayəsində xərçəngdən qoruna bilərsiniz, çünki onlar sərbəst radikalları öldürür.//Lent.az