COVID-19-a qarşı daha bir vaksin hazırlandı

GunAz.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısını almaq üçün SARS-CoV-2 virusa bənzər hissəciklərə əsaslanan yeni peyvəndi qeydə alıb. Bu vaksin biotexnoloji üsullarla yaradılıb və onun hazırlanmasında patogen SARS-CoV-2 virusundan istifadə edilməyib”, – deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Rusiya tərəfindən hazırlanmış yeni nəsil peyvəndlərdən biridir.