Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Rəsmi açıqlama

Azərbaycanda meymunçiçəyinə yoluxan var? - Rəsmi açıqlama Azərbaycanda meymunçiçəyi virusuna yoluxma qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən GunAz.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, hazırda ölkədə epidemioloji vəziyyət nəzarət altındadır.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Bu məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. Bu il həmin virusa 14000-dən çox yoluxma olub və 524 ölüm hadisəsi baş verib.
скачать dle 12.1
Geri qayıt