Kimyaterapiya, yoxsa fitoterapiya?

GunAz.az xəbər verir ki, bunu Dr. Hakan Özkul bildirib.
Onun sözlərinə görə, kimyaterapiya insan bədənində immunitet sisteminin sağlam hüceyrələrini də hədəfləyir və öldürür:
“Və buna görə də Bədənin Müqaviməti Azalır. Yan təsirlərə səbəb olur. Məsələn, zəiflik, iştahsızlıq, ürəkbulanma, saç tökülməsi və s.”
“Bəs biz özümüzü bunlardan necə qoruya bilərik?” sualına həkim belə cavab verib:
“Fitoterapiya immunitet sistemini qorumaq, sağlam hüceyrələri gücləndirmək və xərçəng kök hüceyrələrinə müdaxilə etməklə insanı kimyaterapiyanın zərərlərindən qoruyur. Fitoterapiya ilə kimyaterapiyadan rahatlıqla paralel şəkildə istifadə etmək olar”.
O qeyd edib ki, önəmli olan işinin əhli olan mütəxəssislərlə və fitoterapistlə məsləhətləşməkdir.