Qəhvənin sağlamlığa təsiri necədir?

Qəhvənin sağlamlığa təsiri necədir?
Qəhvənin sağlamlığa təsirləri haqqında daha dəqiq fikir əldə etmək üçün tədqiqatçılar ABŞ-nin Kaliforniya ştatının San-Fransisko bölgəsində yaşayan 39 yaşlı 100 nəfər sağlam insan üzərində araşdırma aparıblar.

İştirakçılar addımlarını, gün ərzində yatdıqları müddəti, qan şəkəri və ürək ritmlərini izləyən cihazlar ilə təmin edilib.


Hər bir iştirakçıya iki gün ərzində istədikləri qədər qəhvə içmək, sonraki iki gün müddətində qəhvənin istehlakını dayandırmağı və bu prosesi iki həftə davam etdirməyi məsləhət görüblər. Tədqiqat zamanı iştirakçıların qəhvə içdikləri günlərdə normal günlərə nisbətən 1058 addım daha çox atdıqları müşahidə edilib, lakin həmin gün onlar ən azından 36 dəqiqə az yatıblar.

Bütün bunlara baxmayaraq, qəhvə içməyin daha az yuxuya səbəb ola biləcək potensial genetik faktor ola biləcəyi də vurğulanıb. Tədqiqatda qəhvə istehlakının normadan çox olması ürək-damar problemləri riskini artıra biləcəyi də qeyd edilib.

Araşdırma "The New England Journal of Medicine" jurnalında dərc olunub.
скачать dle 12.1
Geri qayıt