Nitqi qüsurlu uşaqlar necə müalicə olunurlar?

Uşaqlarda nitqi qüsur nədən əmələ gəlir ?
Bu suallar bu gün hər bir kəsi düşündürür.
Hamiləlik dövründə ana bəzən qorxu, həyəcan keçirdir, şiddətə məruz qalır. Bu da doğulan körpələrdə müəyyən çatışmamazlığa gətirib çıxardır.
Süni doğuşla və ya mayalanma yoluyla dünyaya gələn körpələr çox vaxt gec danışırlar. Belə körpələr məktəbəqədər uşaq baxçalarında uşaqlarla oynayaraq adabtasiya olunurlar və yavaş- yavaş danışmaga başlayırlar.
Anadangəlmə qüsurlu uşaqlarda isə kəkələmə bəzən ömürlərinin axırına qədər davam edir.
Ölkəmizdə bir çox ictimai birliklər, psixoloqlar belə uşaqların cəmiyyətə adaptasiya olunmasına çalışırlar.
Çox təəssüflər olsun ki, ölkəmizdə kəkələyən uşaqların müalicəsi ilə sırf məşğul olan nə bir dövlət xəstəxanası , nə də bir özəl klinika fəaliyyət göstərmir.
Mənə elə gəlir ki, bu sahə üzrə təcrübəli həkimlər hazırlanmalıdır. Belə ki, ixtisaslı həkimlərimiz xarici ölkələrin qabaqcıl tibb müəssisələrində təcrübə keçərək dünya praktikasından mütəmadı olaraq bəhrələnməlidirlər.
Dövlət xəstəxanası olmadığına görə xəstələr pullu mərkəzlərə və psixoloqlara üz tuturlar. Lakin bu da istənilən nəticəni vermir. Bu isə ona gətirib çıxardır ki, uşaqlar ömür boyu əziyyət çəkməli olurlar. Yaxşı olar ki, Azərbaycanda nitqi qüsurlu xəstə uşaqlar üçün Dövlət xəstəxanaları fəaliyyət göstərsin. Cünki aztəminatlı ailələrin əksəriyyəti imkansızlıqdan özəl mərkəzlərə, xarici ölkələrə müraciət edə bilmirlər. Odur ki, nitqi qüsurlu insanlar üçün xəstəxanaların açılması olduqca vacibdir.
Mahirə İsmayılova ,
Psixoloq- loqoped.