Bu resept sizi bütün ağrılardan xilas edəcək

Ayaqlarınızda və boynunuzda olan ağrılardan xilas olmaq istəyirsinizsə o zaman aşağıdakı reseptdən istifadə edin və nəticəsini görün. Reseptin müəllifi müharibədə iştirak etmiş hərbi həkimdir. Bu reseptdə yazılanlara əməl etsəniz ayaq və boyun ağrılarınızı bir həftə ərzində sağalacaq. Bəs ağrıların aradan qalxmasına səbəb olan resept necə hazırlanır?
Marketdən qida sənayesində istifadə edilən 150 qram jelatin alın. Hər axşam 5 qram jelatinin üstünə ¼ stəkan soyuducuda saxlanılan su tökün və otaq temperaturunda jelatinin həll olmasını gözləyin. Səhər həmin suyun jelatinə çevrildiyinin şahidi olacaqsınız. Həmin jelatini səhər acqarına için və bu müalicəni 30 gün davam etdirin. Əgər jelatinin dadı sizin xoşunuza gəlməyəcəksə o zaman onun üzərinə smetan, bal və ya qatıq əlavə edə bilərsiniz.
Bu müalicəni edən insanların hamısı ağrılarının tədricən azalaraq yox olduğunun şahidi olmuşlar. Ağrılar tam aradan qalxmasa o zaman müalicəni 6 aya qədər davam etdirmək mümkündür. Müalicənin effektivliyinin sirri onun sümüklər arası qığırdaq toxumanı bərpa etməsindədir. Əksər insanlar kimyəvi tərkibə malik olan jelatinin bu faydasına inanmır, amma müalicəni edənlər onudan çox razı qalıblar.