SON DƏQİQƏ
» » Pediatrdan XƏBƏRDARLIQ - Uşaqlar arasında sürətlə yayılır

Pediatrdan XƏBƏRDARLIQ - Uşaqlar arasında sürətlə yayılır

Tarix:

10-03-2021, 12:53

/ 5 932 dəfə oxundu.
Pediatrdan XƏBƏRDARLIQ - Uşaqlar arasında sürətlə yayılır

Avropada yayılan yeni koronavirus ştammları uşaqlara virusun "klassik” versiyasından daha aktiv ötürülür.

Bu barədə pediatr, infeksionist Yevgeni Timakov deyib.

"Virus yeni insanları yoluxdurmaq üçün dəyişir. Yeni ştammlar uşaqlara əvvəlkilərə nisbətən daha çox dərəcədə təsir edir. Virus müxtəlif maneələri aşaraq sürətlə mutasiyaya uğrayır ki, bu da immunitetimizdə boşluqlar tapmasına yol açacaq və daha çox insanı yoluxduracaq”, - həkim TASS-a müsahibəsində bildirib.

Bununla birlikdə Timakov qeyd edib ki, koronavirusun yeni ştammları sürətlə yayılsa da, uşaqlar onu yüngül keçirir. Həkimin sözlərinə görə, 10-12 yaşadək uşaqlara peyvənd etmək lazım deyil:

"Peyvənd daha çox risk qrupuna daxil olanlara, o cümlədən risk qrupundakı uşaqlara edilir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ