Meyvə və tərəvəzə əsaslanan pəhrizin sağlam həyata töhfə verdiyi məlumdur. Ancaq bununla birlikdə, onların istehlak miqdarı mübahisəlidir.
Bununla bağlı ABŞ-da aparılan araşdırma bilinməyənlərə aydınlıq gətirib.
Araşdırmaya görə, gündə 3 porsiya tərəvəz və 2 porsiya meyvə istehlakının ömrü uzatdığı məlum olub.
Sözügedən formul ilə qidalananlar üçün vaxtından əvvəl ölüm riski 13% azalır. Ürək xəstəliyi səbəbindən ölüm riski 12, xərçəng xəstəliyinə tutulma riski isə 10% aşağı düşür. Bir çox tənəffüs yolu xəstəlikləri səbəbilə itkilərdəki azalma da 35% olaraq qeyd edilib.
Mütəxəssislərin fikrincə, bütün meyvə və tərəvəzlər eyni dərəcədə təsirli olmur. Kartof, noxud kimi nişastalı tərəvəzlər və meyvə şirələri uzunömürlü olmağa kömək etmir.