Türkiyəli professor və tanınmış təbib İbrahim Saraçoğlu siqareti tərgitmək istəyənlərə xüsusi cövhər məsləhət görüb.
Professor Yunan lavandası və kəklikotunun siqaret asıllığını və mənfi təsirlərini azaltdığını iddia edib.
İnqrediyentlər:
7 ədəd sünbül halında Yunan lavandası
1 stəkan su
Hazırlanması:
1 stəkan qaynamış suya Yunan lavandasını əlavə edib dəmləyin. Soyuması üçün 6-7 dəqiqə gözləyin, daha sonra suyunu süzün. Bədəniniz siqaret tələb edən zaman bu cövhərdən bir qurtum için.
Günortaya qədər yunan lavandasını içib bitirsəniz, axşam kəklikotu dəmləyin.
İnqrediyentlər:
1 çay qaşığı quru kəklikotu
1 stəkan su
Hazırlanması:
Qaynamış suya bir çay qaşığı quru kəklikotu atın və bu şəkildə 6-7 dəqiqə daha qaynadın. Soyuduqdan sonra süzərək istədiyiniz zaman için.