SON DƏQİQƏ
» » Bu şəxslər üçün maskadan istifadə etmək təhlükəlidir

Bu şəxslər üçün maskadan istifadə etmək təhlükəlidir

Tarix:

29-05-2020, 09:09

/ 3 276 dəfə oxundu.
Bu şəxslər üçün maskadan istifadə etmək təhlükəlidir

Ağciyərlərin xroniki obstruktiv xəstəliyindən (AXOX) əziyyət çəkən insanların mütəmadi olaraq maska taxması tövsiyə olunmur.

Rusiyada LOR-Klinikanın rəhbəri, tibb elmləri namizədi, ali dərəcəli həkim Vladimir Zaytsev bu barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, maska taxmaq nəfəs almaqda çətinlik yaratdığına görə, bəzi şəxslər üçün bu təhlükəli ola bilər.

"Bunlar bronxospazm, yüngül dərəcəli asfiksiya, təngnəfəslikdən əziyyət çəkən insanlardır. Ümumiyyətlə, nəfəs alma problemləri olan pasiyentlərdir”, - deyə V.Zaytsev bildirib.

Onun sözlərinə görə, bu kateqoriyadan olan insanlara bir neçə dəfə istifadə edilən maskalar xüsusən təhlükəlidir.

Tibb işçisi AXOX-dan əziyyət çəkənlərə sərt özünütəcrid rejiminə riayət etməyi məsləhət görüb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ