SON DƏQİQƏ
» » Saçının tez uzanmasını istəyənlər üçün MASKALAR

Saçının tez uzanmasını istəyənlər üçün MASKALAR

Tarix:

20-11-2018, 23:48

/ 10 481 dəfə oxundu.
Saçının tez uzanmasını istəyənlər üçün MASKALAR

Uzun, sağlam və parlaq saçlara sahib olmaq hər kəsin arzusudur.

Ev şəraitində təbii saç maskalarından istifadə etməklə bu arzunuza çata bilərsiniz.

GunAz.az saglamolun.az-a istinadən saçların xarici görünüşünü yaxşılaşdıran və uzanmasını sürətləndirən effektli saç maskalarının reseptlərini təqdim edir.

Maska 1

– 2 x.q. gənəgərçək yağı

– 3 kapsul "Aevit" (apteklərdə satılır)

Gənəgərçək yağını su hamamında bir az isidin, kapsulları deşib içindəki vitaminləri əlavə edin, qarışdırın, saç köklərinə sürtün. 1 saatdan sonra yuyun.

Maska 2

– 1 x.q. xına

– 1 x.q. basma

– 1 yumurtanın sarısı

– 1 x.q. ayıpəncəsi yağı

Xına və basmanı qarışdırın, isti (qaynar yox) su əlavə edin ki, sıyıq kimi alınsın. İlıq olanda yumurta sarısını və ayıpəncəsi yağını əlavə edin, qarışdırın. Saçınıza çəkin, 1 saatdan sonra yuyun.

Maska3

– 3 x.q. ayıpəncəsi yağı

– 1 ç.q. üyüdülmüş darçın

– 1 ç.q. xardal

Qarışdırın, saçların köklərinə çəkin, 1 saatdan sonra yuyun. Dəridə güclü yanma hissi əmələ gələrsə, saçınızı dərhla yuyun.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ