SON DƏQİQƏ
» » Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə

Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə

Tarix:

29-05-2018, 23:36

/ 10 591 dəfə oxundu.
Ağcaqanad dişləyibsə... Qaşınma və şişkinliyi azaldan 7 sadə vasitə

Gunaz.az saglamolun.az-a istinadən ağcaqanadın dişlədiyi yerdə qaşınma və şişkinliyi azaldan sadə vasitələri təqdim edir.

1. Soda

Yarım stəkan suda 1 ç.q. soda əridin, məhlulda pambıq isladın və dişlənmiş yerlərə çəkin.

2. Spirt

Dişlənmiş yerlərə spirt və ya araq çəkin.

3. Buz

Buzu dəsmala bükün və zədələnmiş dəridə 10-15 dəqiqə saxlayın.

4. Qatıq

Ağcaqanadın dişlədiyi yerə soyuq qatıq və ya xama çəkin.

5. Duzlu su

Yarım stəkan suda 1 x.q. duz əridin, məhlulda pambıq isladın və zədələnmiş dəriyə çəkin.

6. Sirkə

Sirkədə pambq isladın və dəriyə şəkin.

7. Aspirin

1 həb aspirini əzin, az miqdarda su ilə qarışdırın, alınmış qarışığı dişlənmiş yerlərə çəkin.  

скачать dle 12.1

Şərhlər