Ermənilər itkilərinin daha bir siyahısını yaydı

Ermənistan Müdafiə Nazirliyi İkinci Qarabağ müharibəsində verdiyi itkilərdən daha 33 nəfərin ad-soyadını açıqlayıb.
Ermənistan MN-nin açıqladığı bu ad-soyadlarla rəsmi tanınan və adı açıqlananların sayı 1789 nəfər olub.
Qeyd edək ki, Ermənistan 4750 itkisinin olduğunu rəsmən elan edib. Müharibənin bitməsindən bir aya yaxın vaxt keçsə də, ermənilər itkilərinin adlarını qısa aralarla və az-az açıqlayırlar.