Baş nazir Ermənistanın Qarabağdakı itkilərini açıqladı - Yüzlərlə itkin var

Erməni tərəfdən itkin düşən döyüşçülərin sayı yüzlərlədir.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, Qarabağdakı döyüş əməliyyatları zamanı öldürülən erməni döyüşçülərinin sayı təxminən 2 min 400 nəfərdir.
Ermənistanın baş naziri əsirlərin dəyişdirilməsi və itkinlərin tapılması prosesi başa çatdıqdan sonra ölkədə milli matəm elan olunacağını qeyd edib.
Qeyd edək ki, qeyri-rəsmi məlumata əsasən, Ermənistan Qarabağ döyüşlərində 13 minə qədər canlı qüvvə itirib.