Ermənistan ordusu Dövlət sərhəddini pozdu

Ermənistan ordusu Dövlət sərhəddini pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

GunAz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, noyabrın 4-ü axşam saatlarından başlayaraq 5-i saat 04:50-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.

скачать dle 12.1
Geri qayıt