Şəhidimizin qutsal RUHUNA SALAM

Şəhidimizin qutsal RUHUNA SALAM
22 oktyabr -  Azərbaycanın Milli Qəhrəmanı, Səhid polkovnik Şükür Həmidovun anım günüdür. Sağlığında Milli Qəhrəman adına layiq ğörülmüş polkovnik Şükür Nəriman oğlu Həmidov doğulduğu Qubadlı rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Əziz xatirəsini ehtiramla, rəhmətlə yad edirik.  Şəhidimizin qutsal ruhuna salam olsun!
El qeyrəti çəkən oğul doğuldun,
Vətən sevdalısı, igid, ər oldun!
Döyüş meydanında oddan yoğruldun!
Sandın sönən ocaq - sinəndə kösöv...
Qəhrəman Polkovnik Şükür Həmidov!

"Aprel döyüşləri" - zabit sınağın,
"Lələtəpə" oldu Döyüş Bayrağın!
"Milli Qəhrəman"lıq - cəsur sorağın!
Görmək istəyirdin Vətəni bütöv,
Qəhrəman Polkovnik Şükür Həmidov!

Qorudun Bayrağın ucalığını,
Bağrına basaraq Azərbaycanı!
Vətən Savaşında sözünün canı:
Düşmənin gözünü Qarabağda oy!..
Qəhrəman Polkovnik Şükür Həmidov!

Xilaskar Ordumuz, şanlı Ordumuz
Tarix yazmaqdadır! O, qürürumuz!
Əsgərə guvənir, əmin yurdumuz...
Qanınla yazmısan: yağıları qov!..
Qəhrəman Polkovnik Şükür Həmidov!

Qubadlı elinin bərəsi- bəndi,
Dünyaya gəldiyin Armudluq kəndi,
Şəhidlik zirvənlə bir boy dikəldi...
Qisas xəncərinə çəkildi bülöv,
Qəhrəman Polkovnik Şükür Həmidov!

  Tapdıq ƏLİBƏYLİ
скачать dle 12.1
Geri qayıt