SON DƏQİQƏ

Azərbaycanlılar bir saat vaxt verib - Yolyan

Tarix:

29-12-2020, 08:30

/ 2 688 dəfə oxundu.
Azərbaycanlılar bir saat vaxt verib - Yolyan

Azərbaycanlılar Gorusdakı bağçılıq müəssisələrindən birinin ərazisində olan 12 binanın boşaldılması üçün bir saat vaxt veriblər.

GunAz.az xəbər verir ki, bunu Gorus merinin müavini İrina Yolyan deyib. O bildirib ki, bu binalarda insanların yaşadığı mənzillər də var.

Yolyan bu ərazinin kənd təsərrüfatı məqsədli münbit torpaqlara malik olduğunu vurğulayıb. İddia edib ki, burdakı adamlar ərazinin onlara məxsus olduğunu deyirlər, lakin azərbaycanlılar ərazinin Azərbaycana məxsusluğunu bildirirlər.

"Vətəndaşlar xahiş ediblər ki, onlara 3 saat vaxt verilsin, amma azərbaycanlılar razılaşmayıb, hazırda Gorus merinin müavini danışıqları davam etdirir”, - Yolyan bildirib.

Azərbaycan hərbçiləri bölgədə demarkasiya prosesini davam etdirərək, Ermənistan əhalisinin ərazilərimizdə qanunsuz məskunlaşmasına son verməkdədir. Ancaq göründüyü kimi, ermənilər həyasızcasına bu torpaqların onlara məxsus olduğunu iddia edirlər.Musavat.com

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ