
Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə "elit” erməni dəstəsi sayılan "Zoravar Andranik” batalyonunun komandiri Qnel Manukyan Ordumuz tərəfindən məhv edilib.
Q.Manukyanın adı Ermənistam Müdafiə Nazirliyinin bazar ertəsi açıqladığı 44 ölmüş hərbçinin siyahısında yer alıb.
Erməni KİV-in məlumatına görə, Qnel Manukyan Ermənistan silahlı qüvvələrinin polkovniki, Matis şəhərinin hərbi komissarı, "Zoravar Andranik” dəstəsinin komandiri, həmçinin insanlara qarşı sadist cəza tətbiq edən bir qrup zabitə rəhbərlik edib.
Manukyan həmçinin uzun müddət "Yerkrap" erməni könüllüləri dəstəsinin komandiri də olub.
Manukyanın dediklərindən:
"Xocalının alınması Andranikə həsr olunmuşdu, çünki fevralın 25-də onun ad günüdür. 25-26 fevral 1992-ci il gecə biz bu yaşayış məntəqəsini öz nəzarətimizə götürdük. Hətta general Dalibaltaynla Xocalının adının dəyişdirilib Andranikavan adlandırmasını təklif etdik”.