SON DƏQİQƏ

MN: “Döyüş əməliyyatları davam edir”

Tarix:

6-11-2020, 08:16

/ 3 497 dəfə oxundu.
MN: “Döyüş əməliyyatları davam edir”

Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

 

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Hazırda döyüş əməliyyatları davam edir. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ