İlk qar ağır qəzalara səbəb olub

İlk qar ağır qəzalara səbəb olub

Bakıda gecə saatlarından yağan qar yol qəzasına səbəb olub.

GunAz.az-ın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində baş verib.

“Mercedes” markalı, “10-UX-284” dövlət nömrə nişanlı avtomobilin sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları və təxliyə xidməti gəlib.report

скачать dle 12.1
Geri qayıt