Bakıda xəstəxanada yanğın

Bakıda xəstəxanada yanğın

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən xəstəxananın zirzəmisində (anbar kimi istifadə olunur) 300 m² sahədə tibbi ləvazimatlar yanıb.

Gunaz.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən xəstəxanada olan xəstələrin təhlükəsizliyi təmin olunub və digər təhlükəsizlik tədbirləri görülüb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

скачать dle 12.1
Geri qayıt