Bakıda OPEC+ ölkələrinin iclası keçirilib
Bakıda OPEC+ çərçivəsində Əməkdaşlıq Xartiyası üzrə Texniki Komitənin ilk iclası keçirilib.
GunAz.az xəbər verir ki, Azərbaycanın ev sahibliyi ilə təşkil olunan iclasa OPEC-in Baş katibi Haysam Əl-Qays sədrlik edib.
Qeyd edək ki, texniki komitənin ilk iclası 2025-ci ilin noyabrında keçirilmiş OPEC və qeyri-OPEC ölkələrinin 40-cı nazirlər iclasında əldə olunmuş qərarların davamı olaraq təşkil olunub.
