Oyundan sonra ara qarışdı

Oyundan sonra ara qarışdı
Braziliyanın "İnternasional" və "Kaşias" komandalarının oyununda dava düşüb.

Pley-off mərhələsinin cavab qarşılaşmasında qonaq komanda penalti seriyasında qələbə qazanıb.

Finala adlayan rəqibin qələbə sevincini "İnternasional"ın futbolçuları həzm edə bilməyib. Qarşılaşma bitdikdən sonra qaç-qov, yumruq-təpik işə düşüb. Hətta baş verən ciddi insident zamanı qucağında balaca qız olan azarkeş də rəqib futbolçuya hücum çəkərək onu vurub.
скачать dle 12.1
Geri qayıt