Avstriyanın İsraildəki səfirliyinə raket atıldı

Avstriyanın İsraildəki səfirliyinə raket atıldı

Avstriyanın Təl-Əvivdəki səfirliyinin binasına raket atılıb.

GünAz.az xəbər verir ki, bu barədə Avstriyanın İsraildəki səfiri Hanna Liko Tvitter səhifəsində yazıb.
"Avstriya səfirliyinin Ramat-Qandakı binasının yaxınlığında bir az əvvəl raket partladı. Xoşbəxtlikdən hamımız təhlükəsizlikdəyik. Bunu təcili olaraq dayandırmaq lazımdır”, – səfir bildirib.

 

Qeyd edək ki, bir müddət əvvəl Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında İsrail bayraqları qaldırılmışdı.

скачать dle 12.1
Geri qayıt