Yağan qar üzündən yolda qalanlara polis yardım etdi

Şəmkir və və Gədəbəyə yağan güclü qar çətinliklər yaradıb.
Gədəbəy-Şəmkir yolunda, xususilə Yasamal adlanan ərazidə avtomobillərin hərəkətində çətinlik yaranıb.
Daxili İşlər Nazirliyinin Qərb bölgəsindəki regional şöbəsi sürücülərin həmin yollardan az istifadə etməsini tövsiyə edib.
Hazırda qeyri-sabit hava şəraiti davam edir.