Azərbaycanda ard-arda iki zəlzələ oldu

Azərbaycanda ard-arda iki zəlzələ oldu

Hacıqabul rayonunda zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ yerli vaxtla saat 08:10-da Əli-Bayramlı stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 3 km olan yeraltı təkan hiss olunmayıb.

Hacıqabulda yenidən zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ saat 08:11-də Qobustan stansiyasından 31 km cənub-qərbdə Hacıqabul rayonu ərazisində qeydə alınıb. Zəlzələ hiss olunmayıb. 

Zəlzələnin maqnitudası 3.9, dərinliyi 3 km olub.

скачать dle 12.1
Geri qayıt